Accessibility links

Suriya əsgərləri sünnilərin məsklunlaşdığı kəndi yandırıblar


Suriya qüvvələri tankların müşayiəti ilə Həma şəhərinin qərbində yerləşən kəndə hücum edərək yeddi mülki vətəndaşı öldürüblər. Əsasən sünnilərin yaşadığı kəndə daxil olan əsgərlər evləri yandırmış, onlarla adamı həbs etmişlər.

Əl-Ğab vilayətinin Tamana kəndində öldürülənlər arasında dörd qadın da var. Bu kənd prezident Bəşar əl-Əsədin hakimiyyətinə qarşı baş qaldrmış 14 aylıq üsyanın episentri sayılır.

“Kənd kollektiv şəkildə cəzalandırlıb. Evlərin yarıdan çoxu yandırılıb. Bəzi adamlar həbs olunarkən edam ediliblər. Yerdə qalanlar bombardman nəticəsində həyatlarını itirblər,” deyə Suriya İnsan Haqları Şəbəkəsi bildirib.

Müxalifət fəalları deyirlər ki, sünni kəndi Əsədə sadiq qüvvələrin Homs və Həma şəhərlərini ələ keçirməsindən bəri yandırdıqları onlarla kənddən biridir.

XS
SM
MD
LG