Accessibility links

Suriyanın rəqib döyüşçüləri hökumətin Hələb şəhəri yaxınlığındakı silah cəbbəxanasından böyük həcmdə silah ələ keçirib.

Fəalların YouTube-da yaydıqları şəkillər silah və hərbi sürsatı nümayiş etdirir. Döyüşçülərin silahları maşınlara yüklədiklərini göstərən video yayımlanıb.

Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Prezident Bəşar Əl-Əsəd əleyhinə döyüşən qüvvələr Hələb və digər şəhərlər daxil edilməklə, Suriyanın şimal və şərq blgələrinin böyük hissəsini ələ keçirib.
Müxalifət son zamanlar ordunun tankları, təyyarələri və raketləri qarşısında lazımi silahlara malik olmamalarından şikayətlənirdi.

Suriyanın Milli Koalisiyası isə müxalifətin əlində olan bölgələrə nəzarət məqsədi ilə baş nazir təyin etməlidir. Səsvermə sabah və ya çərşənbə axşamı günü İstanbulda baş tutacaq.
XS
SM
MD
LG