Accessibility links

Əsəd beynəlxalq ekspertlərin kimyəvi silah obyektlərini yoxlamasına etiraz etmir


Suriya prezidenti Bəşər Əl-Əsəd bildirib ki, o, beynəlxalq ekspertlərin Suriyada kimyəvi silahların saxlandığı obyektləri yoxlamasının əleyhinə deyil.

Çinin dövlət televiziyası CCTV ilə müsahibəsində cənab Əsəd yeganə problemin bu obyektlərə giriş üçün təhlükəsizliyin təmin olunmasının əsas məsələ olduğunu deyib və terroçuların fürsətdən istifadə edərək ölkədə sabitliyi poza biləcəyini əlavə edib.

Suriya rəsmiləri terrorçu ifadəsini cənab Əsədi hakimiyyətdən devirmək istəyən müxalif qüvvələrə işarə edərək işlədirlər.

Suriya gələn ilin ortalarına qədər kimyəvi silahları təhvil verəcəyi haqda razılıq verib. Suriya hökuməti Dəməşq yaxınlıxında avqust ayında baş verən hücumdan sonra kimyəvi silahlara malik olduğunu etiraf edib.

Qərb ölkələri bildirir ki, dəlillər hücumu hökumət qüvvələri tərəfindən həyata keçirildiyini göstərir. Prezident Əsəd hökuməti hücuma görə üsyançıları günahlandırır.

Birləşmiş Ştatlar və Suriyanın müttəfiqi olan Rusiya Suriyanın kimyəvi silahlarının tərksilah edilməsinə dair razılıq əldə edib.
XS
SM
MD
LG