Accessibility links

Suriyanın xarici işlər naziri deyir ki, ölkəsi müxalifət nümayəndələri ilə Cenevrədə sülh danışıqları aparmağa hazırdır.

Xarici işlər naziri həmçinin sülh çağırışı edib. Suriya xristianları cümə axşamı Suriya ordusunun müxalifət qüvvələri ilə döyüşdüyü yerə yaxın bir ərazidə yolka ağacının işıqlarını yandırmaq üçün toplaşıblar.

Hər kəsin gözlədiyi sülhü əldə etmək isə çox əmək tələb edəcək. Suriyanın xarici işlər naziri cümə günü Pekində çinli həmkarı ilə görüşüb və sülhə doğru aparan siyasi yolları müzakirə edib.

Çin Suriya sülh danışıqları ilə bağlı qətnaməni yekdilliklə qəbul edən BMT Təhülkəsizlik Şurasının əsas üzvlərindən biridir. Danışıqlar isə ən tez yanvarda başlaya bilər.


BMT qətnaməsi həmçinin keçid hökümətinin yaranması üçün altı ay müddət təyin edib. Seçkilərin isə 18 ay ərzində keçirilməsi gözlənilir.

XS
SM
MD
LG