Accessibility links

Suriyanın müxalifət qrupları sülh danışıqlarında iştiraka dair qərar verir


Suriyanın əsas müxalifət qruplarından ibarət heyətin çərşənbə günü BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçiriləcək sülh danışıqlarında iştirak edib-etməyəcəyinə dair qərar verəcəyi gözlənilir.

BMT-nın Suriya üzrə nümayəndəsi Staffan de Mistura danışıqlarda iştirak etmək üçün tərəflərə dəvəti çərşənbə axşamı göndərib, ancaq o, dəvət olunanların siyahısına kimin daxil edildiyini açıqlamayıb.

Yüksək Müzakirələr Komitəsi yalnız müxalifət nümayəndə heyətinin iştirakı etməli olduğunu bəyan edir. Müxalifət heyətinin üzvləri danışıqlara müsbət yanaşdıqlarına işarə etsə də, son qərar çərşənbə günü daha artıq müzakirələrdən sonra veriləcək.

Heyətin üzvü olmayan bir sıra digər müxalifət nümayəndələri danışıqlara dəvət olunduqlarını bildirib. Onların sırasına kürd-ərəb ittifaqının bir qolunun sədri, tanınmış müxalifətçi Haytam Manna daxildir.

Çərşənbə günü Manna bəzi kürd və ərəb liderlərinin danışıqlardan kənar saxlandıqlarını qınayıb və təşkilatşıların bu iradları nəzərə alaraq, “güclü və nüfuzlu heyət” yaradağına ümid bəslədiini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG