Accessibility links

Londonda beynəlxalq donor konfransı keçirilir


Londonda 5 ildir davam edən müharibənin təsirinə məruz qalmış suriyalılara azı 7 milyard dollar humanitar yardım toplamaq məqsədli beynəlxalq donor konfransı keçirilir.

BMT ümid edir ki, hökümət və humanitar qrupların bir araya gəlməsi suriyalıların təhsil və işləri daxil olmaqla həyatlarının bərpasını hədəfləyən uzunmüddətli strategiyanın inkişafına kömək edəcək.

Konfrans Birləşmiş Millətlər Təşkilatının Cenevrədə keçirilən sülh danışıqlarını fevralın sonunadək təxirə salmasından bir gün sonra baş tutub.

BMT nümayəndəsi Staffan de Mistura danışıqların təxirə salınmasının gözlənilən olduğunu deyir.

Lakin Suriyanın nümayəndə heyətinin başçısı bunu Suriya hökümətindən başqa danışıqlarda iştirak edən hər kəs üçün müvəffəqiyyətsizlik adlandırıb.

Danışıqlara sonradan qatılan müxalifət nümayəndələri hava hücumları dayandırlmadığı, hökümət üsyançıların nəzarət etdiyi bölgələrə humanitar yardımın çatdırılmasının qarşısını alan blokadanı aradan qaldırmadığı təqdirdə danışıqları tərk edəcəkləri barədə xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG