Accessibility links

Suriya sülh danışıqlar bərpa olunub


Cenevrədə olan Suriyanın əsas müxalifət qrupu BMT-nin vasitəçilik etdiyi danışıqlarda iştirakı edir. hələlik bəlli deyil. Ali Danışıq Komitəsi bu gün BMT vasitəliyi ilə ilkin danışıqlar keçirir.

Ali Danışıq Komitəsinin tələblərinə hökumətin mühasirələrinin aradan qaldırılması və Rusiyanın üsyançılar olan əraziləri bombalamasının qarşısının alınması daxildir.

Qrupun sözçüsü Salim Əl-Müslat deyib ki, Dəməşq hökuməti həbsxanalarındakı qadınları və uşaqları buraxmalı, mühasirədə olan ərazilərə yardım çatdırılmasına icazə verməlidir. Ancaq o, danışıqlar üçün ilkin şərt irəli sürmədiklərini də sözlərinə əlavə edib.

BMT-ni danışıqlarda Staffan De Mistura təmsil edir. O, artıq Suriya hökumətinin nümayəndə heyəti ilə də danışıqlar aparıb.

BMT Təhlükəsizlik Şurasının ötən ay qəbul etdiyi qətnamə bütün tərəflərdən tələb edir ki, mühasirədə olan ərazilərə humanitar yardım çatdırılmasına imkan versinlər, qanunsuz saxlanan şəxsləri buraxsınlar, dinc əhalinin yaşadığı yerlərə hücumları dayandırsınlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG