Accessibility links

Cümə günü Dəməşqə gələn beynəlxalq sülh elçisi Laxdar Brahimi Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında 19 ay davam edən münaqişədə atəşkəsi müvəqqəti təmin etmək üçün Suriya rəsmiləri ilə danışıqlar aparacaq.

BMT və Ərəb Liqasının elçisi Brahiminin şənbə günü Suriya xarici işlər naziri Xalid Muallem ilə görüşəcəyi gözlənilir. Səfər çərçivəsində Brahiminin həmçinin prezident Bəşar əl-Əsədlə görüşəcəyi gözlənilir.

Sülh elçisi 26 oktyabrda başlayan Qurban Bayramı ərəfəsində Suriya rəsmilərini dörd gün müddətinə atəşkəsi dəstəkləməyə çağırır. İordaniyanın xarici işlər naziri ilə görüşündən sonra cümə axşamı cənab Brahimi mətbuat nümayəndələrinə bildirib ki, hərbi əməliyyatların dayandırılması qarşılıqlı etimad yarada bilər, bu isə öz növbəsində 19 ay davam edən münaqişədə uzunmüddətli sülhün əldə olunmasına yardın göstərə bilər.

Habelə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya qüvvələrinə və üsyançılara müraciət edərək onları atəşkəs rejiminə riayət etməyə çağırıb.
XS
SM
MD
LG