Accessibility links

Suriya üsyançıları sülh konfransına qatılmayacaqlarını, döyüşlərin davam etdiriləcəyini bildirir



Suriya Azadlıq Ordusunun komandiri üsyançı qrupun yanvar ayında Cenevrədə keçirilməsi planlaşdırılan sülh konfransında iştirak etməyəcəyini və prezident Bəşar Əl-Əsədin hakimiyyətdən devrilməsi üçün döyüşləri davam etdirəcəyini bildirib.

General Səlim İdris Əl-Cəzirə televiziyasına müsahibədə Cenevrədə danışıqların keçirilməsi üçün şərtlərin məqbul olmadığını deyib və Suriya Azadlıq Ordusunun Cenevrə konfransı və ondan sonra döyüşləri dayandırmayacağını deyib.

Suriyanın xaricəd olan başlıca müxalifət qrupu olan Suriya Milli Koalisiyası danışıqlarda iştirak etib-etməmək haqda qərarın hələ verilmədiyini bildirərək, cənab Əsədin ölkənin siyasi gələcəyində rol oynamamalı olduğuna təkid edir.

BMT Suriyada iki ildən artıqdır sürən münaqişəyə son qoymaq məqsədilə keçiriləcək Cenevrə konfransının tarixini yanvarın 22-i kimi müəyyən edib. Suriya münaqişəsi 100 mindən çox insanın ölümü, bir milyondan artıq insanın isə yerlərindən didərgin düşməsi ilə nəticələnib.
XS
SM
MD
LG