Accessibility links

Fəallar Hələb şəhərində üsyançıların nəzarətində olan əraziyə hücum edən Suriya hökumət qüvvələrinin təxminən 19 nəfəri öldürdüyünü deyib.

Ölənlər arasında yeddi uşaq olub. Associated Press yayımladığı video yazıda Hələbin Myasar rayonunda hökumət bombardmanından sonrakı görüntüləri nümayiş etdirib.

Bu arada Britaniyada qərərgahlaşan Suriya İnsan Haqları Müşahidə qrupu Bustan əl-Qəsr rayonunda 10 mülki vətəndaşın həlak olduğunu xəbər verir. Bundan başqa Marceh və Hanano rayonlarında uşaqlar da daxil olmaqla azı doqquz cəsəd aşkar edilib.

Başqa müxalifət qrupu strateji şimal şəhərində ölənlərin sayının qadın və uşaqlar daxil olmaqla 43 nəfərə çatdığını deyib.
XS
SM
MD
LG