Accessibility links

Suriya münaqişəsinin sülh yolu ilə həllinə dair müzakirələr nəticə verməyib


BMT və Ərəb Liqasının Suriya üzrə nümayəndəsi Laxdar Brahiminin Cenevrədə ABŞ və Rusiya rəsmiləri ilə Suriya münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirəsi nəticə verməyib.

Brahimi Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov və ABŞ dövlət katibinin müavini Uilyam Börnslə bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra tərəflərin böhranın siyasi yolla həllinin tərəfdarı olduğunu deyib. Lakin o bildirib ki, böhranın yaxın zamanda həlli gözlənilmir.

ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi ilə Suriyanın siyasi keçid planını dəstəkləyən üzvləri arasındadır.
Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin isə planın əleyhinədir.

Bu arada, Suriya fəallarının bildirdiyinə görə, bir neçə gün sürən döyüşlərdən sonra rəqib qüvvələr Taftanaz hava bazasının tam nəzarətini ələ keçirib.

Xarici jurnalistlər ölkəyə buraxılmadığına görə məlumat təqdiqlənməyib. Suriyanın
İnsan Haqları Müşahidəsi qrupunun internetə yerləşdirdiyi video Suriya əsgərlərinin bazadan qaçdığını nümayiş etdirir. Qrupun sözçüsü Rami Əbdul Rəhman bildirib ki, baza 22 aydır davam edən qarşıdurmalardan sonra ilk dəfə tam ələ keçirilib.
,
XS
SM
MD
LG