Accessibility links

Kürd döyüşçülər Tal Abyad qəsəbəsinə nəzarəti ələ keçirib


Fəallar bildirib ki, Kürd döyüşçülər və Suriya üsyançıları İslam Dövləti qrupunun döyüşçülərini məğlub edərək sərhəd bölgəsində yerləşən Tal Abyad qəsəbəsinə nəzarəti tam ələ keçirib.

Suriya İnsan Haqları nı Müşahidə qrupu deyib ki, militantlar qəsəbədən cənubda və qərbdə yerləşən kəndlərə qaçıb.

Qəsəbənin ələ keçirilməsilə İslam Dövləti qrupunun əsas təchizat mərkəzi olan Raqqa şəhəri istiqamətində yol bağlanıb. Militantlar bu koridordan silah təchizatı, döyüşçülərin Suriyaya keçməsi və neftin qara bazara çıxarılması üçün istifadə edirdilər.

Döyüşlər minlərlə suriyalının ərazini tərk edərək Türkiyəyə sığınacaq tapması ilə nəticələnib.

Türkiyə rəsmiləri ölkəyə daxil olan qaçqınlar və azlıqda olan kürdlər arasında separatçı əhva-ruhiyyənin güclənə bilməsindən narahatdır.

Bu arada, BMT-nin elçisi Staffanh de Mistura Dəməşqdə Suriya rəsmiləri ilə görüşərək, ölkədə vətəndaş müharibəsinə son qoyulmasına çağırıb. O, Suriya hökumətinin mülkü vətəndaşları qorumaq kimi vəzifəli olduğunu vurğulayıb. BMT elçisi mülki vətəndaşlara qarşı istifadə olunan ağır silahların işlədilməsinə son qoyulmasının zəruriliyini vurğulayıb.

XS
SM
MD
LG