Accessibility links

1200 nəfər Dəməşqin hökümət nəzarətində olan ərazilərindən təxliyyə edilib


Cümə günü Dəməşqdə mühasirədə qalan 1200-dən artıq əhali və döyüşçü Suriyanın paytaxtını tərk edərək, üsyançıların nəzarəti altında olan İdlib əyalətinə köçürülüblər.

Təxliyyə paytaxt məhəllələrinin hökümətin nəzarətinə verilməsi ilə bağlı əldə edilən razılaşmanın bir hissəsidir.

Suriyanın dövlət mediası bildirib ki, 700 döyüşçü və 525 şəxs Dəməşqin Barze və Tişri məhəllərindən köçürülüb. Bu, ərazinin hökümət nəzarətinə keçməsindən sonra baş tutan ikinci təxliyyə əməliyyatıdır.

Təxliyə əməliyyatları BMT-nin vasitəçiliyi ilə keçirilərn Suriya höküməti və müxalifəti arasındakı danışıqlar zamanı baş verir. Nümayəndələr növbəti həftə Cenevrədə görüşəcəkləri haqda razılıq əldə ediblər.

XS
SM
MD
LG