Accessibility links

Türkiyənin silahlı qüvvələri Suriya ərazilərinə zərbə endirib


Türkiyənin silahlı qüvvələri Suriyanın 5 adamın ölümü ilə nəticələnən hücumuna cavab olaraq Suriya ərazilərinə zərbə endirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ofisinin bildirdiyinə görə, Türkiyə qüvvələri radarlarla Suriyanın mövqelərinin müəyyən edildikdən sonra hücuma keçib. Mülki əhalinin öldürüldüyü Ağcaqala şəhərinin meri Əbdulhakim Ayxan ölənlər arasında qadın və uşaq olduğunu deyib.

Türkiyənin xarici işlər naziri Əhmıd Davutoğlu Suriyanın NATO-nun müttəfiqinə qarşı hücumunu kəskin şəkildə pisləyib.

NATO səfirləri vəziyyətin müzakirəsi məqsədi ilə təcili yığıncaq keçirir.

BMT-nin baş katibi Ban Gi Mun Suriyanı Türkiyənin ərazi bütövlüyünə hörmət göstərməyə çağırıb.

ABŞ dövlət katibi Hillari Klinton Vaşiqntonun bu hücuma görə qəzəbləndiyini deyib. O, tələfata görə təəssüfünü bildirərək, gələcək addımlarla bağlı türkiyəli həmkarı Davitoğlu ilə müzakirələr keçirəcəyini deyib.
XS
SM
MD
LG