Accessibility links

BMT baş katibi Suriya-Türkiyə münaqişəsi barədə xəbərdarlıq etdi


Turkish military station at the border gate with Syria, across from Syrian rebel-controlled Tel Abyad town, in Akcakale, Turkey, October 7, 2012.

Turkish military station at the border gate with Syria, across from Syrian rebel-controlled Tel Abyad town, in Akcakale, Turkey, October 7, 2012.

BMT baş katibi Ban Gi Mun Suriya-Türkiyə sərhədində münaqişənin təhlükəli vəziyyətə çatması barədə xəbərdarlıq edib və bunun Suriyanın digər qonşusu Livanla böhrana da təsir etdiyini bildirib.

Suriyadan atılan minomyot mərmisinin Türkiyənin Akcakale kəndində 4 mülki vətəndaşın həyatına son qoymasından sonra 5 gündür ki, Türkiyə Suriya ərazilərini minomyot atəşinə məruz qoyub.

Cənab Ban sərhəddəki vəziyyəti təsvir edib və bunun Livan üçün də həddən artıq təhlükəli olduğunu bildirib. O, habelə deyib ki, BMT Suriya hökumətinə bə müxalif qüvvələrə satılan silah-sursatın həcmindən də narahatdır.
Baş katib bir daha məsələnin siyasi yolla həll edilməsi çağıraraq bildirib ki, bu.Ş keçən ilin mart ayından başlayan böhranın yeganə həll yoludur.
XS
SM
MD
LG