Accessibility links

Suriya fəallarının bildirdiyinə görə, İslam Dövləti döyüşçüləri ölkənin şərqindəki hava bazasına hücumlara başlayıb.

Deir Əl-Zur vilayətindəki bu hərbi hava bazası regionda yeganə bazadır ki, hökumət qüvvələrinin əlində qalıb.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupu yaraqlıların hücumla bu gün avtomobilə yerləşdirilmiş bombanı partlatmaqla başladığını deyib. Qrup döyüşlər zamanı 19 Suriya əsgərinin və 7 yaraqlının öldürüldüyünü bildirib.

Bu arada Suriya prezidenti Bəşar Əl-Əsəd Birləşmiş Ştatların başçılıq etdiyi hava hücumlarının effektiv olmadığını deyib.

XS
SM
MD
LG