Accessibility links

Suriyada uşaqlar hədəf alınır


Britaniyanın münaqişə zonalarında uşaqlara yardım göstərən “War Child” qeyri-hökumət təşkilatının yeni hesabatında Suriyada uşaqların hədəf alındığı və hərbi toqquşma nəticəsində yüzlərə uşağın həlak olduğu deyilir.

Təşkilat hazırda Libanda sığınacaq tapan suriyalı uşaqlara yardım göstərir. Təşkilatın icraçı direktoru Rob Vilyamsın sözlərinə görə, hərbi əməliyyatların getdiyi yerlərdə uşaqlar atəş altında ola bilər. Lakin o qeyd edir ki, Suriyada uşaqlar bilərəkdən hədəf alınır.

Hesabat BMT, Human Rights Watch, başqa təşkilatlar, habelə hadisənin canlı şahidləri ilə müsahibələr əsasında hazırlanıb.

Sənəddə Suriyada münaqişə, o cümlədən qətllər nəticəsində 1300 uşağın həlak olduğu göstərilir.

Rob Vilyams deyir ki, may ayında Homs şəhərindən şimalda yerləşən Houlada qətlə yetirilmiş 100 nəfərin 49 uşaqlar olub.

“Burada bacı və qardaşlarının silahlı qüvvələr tərəfindən öldürüldüyünü görən uşaqlar var. Uşaqların evlərindən oğurlanaraq, müxalifətin irəliləməyə nail olduğu yerlərdə onlardan hökumət tankları və əsgərlərin qarşısaında insan divarı kimi istifadə edildiyi halları var”-deyə Rob Vilyams.

BMT-in təhqiqat komissiyası bildirir ki, Hulada qətllərin kim tərəfindən törədildiyini müəyyən etmək mümknü deyilr. Bununla belə, komissiya qətllərin çoxuna görə hökumət tərəfdarı qüvvələrin məusliyyət daşıdığını bildirir.

Britaniyada suriyalı fəalların bildirdiyinə görə, təkcə bu ay hökumət və müxalifət qüvvələri arasında münaqişə nəticəsində 2750 nəfər həlak olub. Suriyada münaqişə başlayandan ölənlərin sayı isə 19 mini ötüb keçir.

Rob Vilyams deyir ki, Suriyada məktəblər, tibb mərkəzləri və xəstəxanalar kimi uşaqlar üçün nəzərdə tutulmuş infrastrukturun yaradılması işində donorlara ehtiyaca olavaq.
“Ölkənin vətəndaş müharibəsindən sonra iqtisadi baxımdan bərpası və dağılmış infrastrukturun yenidən qurulması təxminən 10 il aparacaq. Bu, 24 ay ərzində olacaq iş deyil, Suriyada uzun müddət üçün donorlar lazımdır”-deyə o bildirir.

“War Child” təşkilatının hesabatında 8 yaşında uşaqların döyüşçü kimi qeydə alındığı göstərilir. Həm Suriya hökuməti, həm üsyançılar uşaqlara qarşı zorakılıqların törədilməsi və onları münaqişəyə cəlb edilməsinə görə BMT qanunlarını pozmaqda günahlandırılır.
XS
SM
MD
LG