Accessibility links

Syriyanın mötədil üsyançı qrupları məhv edilmək təhlükəsi qarşısındadır


Siyasi fəallar və üsyançı qüvvələrin komandirlərinin bildirdiyinə görə, Rusiyanın dəstəyi ilə Suriyada prezident Bəşar Əl-Əsəd hərbi qüvvələri və İran, Livan və Əfqanıstandan gəlmiş xarici döyüşçlərin hücumları minlərlə insanın Türkiyə sərhədinə üz tutması nəticəsində humanitar böhrana gətirib çıxarır.

Onlar şiddətli hücumların ölkənin şimalında üsyançı qüvvələrin nisbətini Əl-Qaidə ilə əlaqəsi olan qruplar və İslam Dövləti qrupunun xeyrinə dəyişdiyini bildirir.

Bəzi proqnozlara görə Suriyanın şimalında Qərbin dəstəklədiyi Suriya Azadlıq Ordusu ilə əlaqəsi olan dünyəvi və daha aa dini meylli qruplar dağıla bilər. "Bu, Suriyanın şimalında Suriya Azadlıq Ordusunun sonu olacaq"-deyə siyasi müxalif dairələrdə nüfuzlu fiqur olan Bəssam Əl-Küveyti Amerikanın Səsinə bildirib.

Başqa qruplarla birləşmə və parçalanma

Əl-Küveyti bildirib ki, bəzi mötədil yarı-hərbi dəstələr birləşməyə məcbur olacaq, başqalarının isə buraxılması, ya da Əhrar Əl-Şəm (Suriyanın Azad İnsanları) kimi güclü islamçı üsyançı qrup və ya Əl-Qaidənin Suriyada şöbəsi olan Cəbhə Əl-Nusra ilə birləşə bilər.

"Onların bundan başqa seçimi olmayaca1"-deyə o bildirib.

Əl-Qaidənin şöbəsi və Əhrar Əl-Şəm Ceyş Əl-Ceyş, Fəth ordusu kimi tanınan alyansın tərəfdaşlarıdır və bu yaxınlarda onların rəsmi mintinqi keçirilib.
Suriya Azadlıq Ordusu Hələbin şimal-qərbi və şimal bölgələrindəki kəndlər və şəhərlərdə Əsəd qüvvələrinin bir həftədir sürən hücumları zamanı sağ qalmaq üçün artıq Əhrar Əl-Şəm və Əl-Nusraya arxalanır. Hücumlar Rusiyanın hərbi təyyarələrinin dayanmadan bombardmanları ilə müşayiət olub.

Cəbhə Əl-Nusra qrupunun üzvləri

Cəbhə Əl-Nusra qrupunun üzvləri

Üsyançılar dörd gün ərzində 400-dən çox hava hücumunun təsirinə məruz qaldıqlarını bildirir.

Rejim qüvələri Hələb şəhərində üsyançıların saxladığı rayonlara aparan əsas təchizat yoluna nəzarət edən kəndləri ələ keçirib.

Şiə döyüşçülər

Üsyançı qüvvələrin komandirləri onlara qarşı istifadə edilən quru qüvvələrdə Hizbullah hərəkatının üzvləri, Əfqanıstandan xarici döyüşçülər, eləcə də İranın İnqilabi Qvardiyasının üzvlərinin olduğunu bildirir.

ABŞ rəsmiləri Amerikanın Səsinə bildirib ki, Rusiyanın xüsusi təyinatlı qüvvələri, Spetsnaz da Hələb ətrafında rejimin qarışıq qüvvlərinin tərkibində aktivlik göstərir.

Lakin Ceyş Əl-Mucahidin üsyançı alyansı ilə əlaqəsi olan briqadanın zabiti Zakariya Malahefci deyib ki, onlar quru qüvvələr arasında rusları görməyib və az sayda Suriya əsgərlərini qeydə alıb.

"Burada Suriya ordusunun əsgərlərini çətin görmək olar. Biz iranlılar, əfqanlar və Hizbullaha qarşı döyüşürük"-deyə o bildirib.

O, Qərbin Suriya inqilabını tərk etməsini acı bir hisslə qarşılayır.

"Mən ABŞ, Britaniya və Fransa səfirləri və onların nümayəndələri ilə danışmışam və soruşmuşam ki, siz bəyanatlardan başqa nə edə bilirsiniz?"-deyə o bildirib.

Sərhəd keçidi bağlıdır

Türkiyənin "açıq sərhəd" siyasəti yürütməsini deməsinə baxmayaraq, qaçqınların sərhədi keçməsinə icazə verilmir.

YPG və üsyançı qruplar mülki əhalinin müdafiəsini təmin edir. Lakin eyni zamanda, YPG Afrin yaxınlığında islamçılar və mötədil üsyançı fraksiyalarına hücum edərək, kürd anklavını genişləndirməyə çalışır.

Məcburi köçkünlər Türkiyə ilə sərhədə yaxınlaşır

Məcburi köçkünlər Türkiyə ilə sərhədə yaxınlaşır

Rusiyanın hava hücumları kürd döyüşçülərlə yanaşı YPG-nin sünni ərəb müttəfiqi olan Ceyş Əl-Thvar qrupunun döyüşçülərinə Hələbin şimalında strateji Tal Zinkah təpəliklərini ələ keçirməsinə kömək edib.

Suriya üsyançılar ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupunun yaraqlılarına qarşı beynəlxalq koalisiyanın quruda ən effektiv tərəfdaşı olan YPG-nin Əsədlə birbaşa gizli əməkdaşlıq apardığını və Dəməşqlə əməliyyatları dolayısı ilə uyğunlaşdırdığını iddia edir.

YPG bu iddiaları rədd edir.

Amerikanın Səsinə telefon vasitəsilə eksklüziv müsahibədə dedikləri PYD lideri Salih Muslim Əsəd və Rusiya rəsmilərinin söylədikləri ilə səsləşir.
"Rusiyanın hava hücumları Əhrar Əl-Şəm və cəbhə Əl-Nusra terrorçularını hədəf alır. Hücumlar kürdlərə təsir göstərmir"-deyə o bildirib.

Qərb təhlilçiləri də xəbərdarlıq edir ki, Əsəd rejiminin əməliyyatları mötədil üsyançı qruplarını zəiflədir və onları daha böyük və daha çox yaraqlı qruplara qoşulmağa sövq edir.

XS
SM
MD
LG