Accessibility links

Suriya üsyançıları Hələb şəhərinin mühasirəsini yararaq, prezident Bəşar Əl-Əsəd tərəfdarı qüvvələri böyük hərbi uğursuzluğa məruz qoyub.

Əl-Qaidənin Suriyada qollarından biri olan Levant Fəth qüvvələri də daxil olmaqla üsyançı qüvvələr Əsəd rejiminin nəzarətində olan ərazilərə keçərək, hökumət ordusunu geri çəkilməyə məcbur edib.

Suriya İnsan Hüquqları Müşahidə qrupunun rəhbəri Rami Əbdül Rəhmanın sözlərinə görə, üsyançılar beş ildir sürən Suriya münaqişəsində ən mühüm istünlük əldə edə bilib.

"Rusiyanın 600-dən çox hücumuna baxmayaraq, rejim qüvvələri öz mövqelərini saxlaya bilməyib"-deyə o bildlirib.

Üsyançıların üstünlük qazanması mülki vətəndaşlar və üsyançı döyüşçülər tərəfindən sevinclə qarşılansa da, hökumət qüvvələrinin nəzarətində olan ərazilərdə ərzaq çatışmazlığı ilə bağlı narahatlıqlar mövcuddur.

Əbdül Rəhman deyib ki, üsyançıların Hələbin şərq bölgələrində uğuru Əsəd qüvvələrinin nəzarətində olan ərazilərdə yaşayan təxminən 1,2 milyon insanı təhlükə altında qoyur.

"Hələbin qərb bölgələri hazırda mühasirədədir. Mülki vətəndaşların Əsəd qüvvələrinin nəzarəti altında olan ərazilərdə şəhərə daxil olmaq və şəhərdən çıxmaq üçün təhlükəsizlik yolları qalmayıb"-deyə o bildirib.

XS
SM
MD
LG