Accessibility links

Suriya üsyançıları Qazaxıstanda qarşıdan gələn sülh danışıqlarına dəstək bildirib


Rusiya xarici işlər naziri Sergey Lavrov and Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu
Rusiya xarici işlər naziri Sergey Lavrov and Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoglu

Suriya üsyançıları ölkədə altı ildir sürən münaqişənin siyasi həllinə nail olunması məqsədilə Rusiya və Türkiyənin vasitəçiliyi ilə qarşıdan gələn danışıqlara dəstək bildirib. Lakin onlar xəbərdarlıq edib ki, Qazaxıstan danışıqları BMT-nin dəstəyi ilə Cenevrə prosesinin bərpası istiqamətində ilk addım kimi dəyərləndirilməlidir.

Rusiya və Türkiyənin vasitəçiliyi ilə prosesdən kənarda qalan Suriya müxalifətinin Ali Müzakirələr Komitəsi açıqladığı bəyanatda Qazaxıstan paytaxtı Astanada keçiriləcək görüşə hərbi nümayəndə heyəti ilə qatılacağını bildirib.

"Komitə danışıqlarda iştirak etmək üçün müxalifətin təşkil etdiyi hərbi nümayəndə heyətinə dəstək verməyə hazırlığını vurğulayır"-komitənin bəyanatında bildirilir.

Bəyanatda həmçinin Qazaxıstan danışıqlarının Moskva və Ankaranın vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin möhkəmləndirilməsinə şərait yaratmalı olduğu qeyd edilib.

Lakin komitə eyni zamanda Qazaxıstanda keçiriləcək görüşün Cenevrədə siyasi müzakirələrin növbəti raundu üçün ilkin addım olduğunu vurğulayıb.

Bəyanat komitənin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirdiyi iki günlük iclasdan sonra verilib.

Ali Müzakirələr Komitəsinin bəyanatından bir neçə saat öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada müxbirlərə Türkiyə və Rusiyanın ABŞ rəsmilərini Qazaxıstanda danışıqlara dəvət edəcəyini bildirib.

Mevlut Çavuşoğlu daha əvvəl Amerikanın sülh danışıqlarında iştirak etməsi tərəfdarı olduğunu bildirmişdi. Lakin Rusiya hələ ki, bununla bağlı mövqeyini açıqlamayıb.

XS
SM
MD
LG