Accessibility links

Suriya və Səudiyyə Ərəbistanının liderləri Livanda görüşüblər


Liderlər sabiq baş nazir Rafiq Həririnin qətl ilə bağlı BMT-nin apardığı istintaq barədə müzakirələr keçirib

Suriya və Səudiyyə Ərəbistanının liderləri 2005-ci ildə Livanın sabiq baş naziri Rafiq Həririnin qətlində Hizbulla qrupunun əli olub-olmadığını müzakirə etrmək üçün Livanda görüşüblər. Suriya prezidenti Bəşar Əl-Əssəd və Səudiyyə Ərəbistanının kralı Abdulla bu gün Livan prezidenti Mişel Süleymanla görüşüb. Xoşməram nümayiş etdirərək, Livanın nümayəndə heyəti liderləri üç ölkənin bayraqları ilə bəzədilmiş hava limanında qarşılayıb.

Liderlər ölkənin hazırkı baş naziri Səad Həririnin atası, sabiq baş nazir Rafiq Həririnin qətl ilə bağlı BMT-nin apardığı istintaq barədə müzakirələr aparıb. Hizbulla bu qətlədə əli olduğunu inkar etsə də, BMT-nin təhqiqatlarının nəticələrinin qətl hadisəsində bəzi üzvlərinin əli olduğunu sübut edəcəyindən ehtiyat edir.

XS
SM
MD
LG