Accessibility links

Suriyada vertolyot vurulub [FOTOQALEREYA]


Suriya dövlət televiziyası paytaxt Dəməşq yaxınlığında hərbi vertolyot vurulduğunu bildirib. Xəbərdə deyilir ki, vertolyot şəhərdənkənar Douma rayonunda yerə düşüb. Hadisə ilə bağlı bundan başqa məlumat verilməyib.

Müxalif fəallar vertolyotu üsyançıların vurduğunu deyib. Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı olan döyüşçülər keçən ay Dəməşqdə vurulan vertolyota görə də məsuliyyəti öz üzərilərinə götürmüşdü.

Amerikanın Səsinin müxbiri Elizabet Arrotun məlumatına görə, paytaxtda hazırda ağır döyüşlər davam edir. O bildirib ki, valideynlər hücumlardan qorunmaq üçün uşaqlarını sinif otaqlarında saxlayır.

Suriyanın İnsan Haqları Müşahidəsi qrupunun bildirdiyinə görə, Əl-Raqqa vilayətində Suriya qüvvələri tərəfindən 30 adam öldürülüb, onlarla insan yaralanıb.

Bununla yanaşı, BMT baş katibi Ban Ki Munun sözlərinə görə, həm hökumət, həm də müxalifət belə görünür böhranı hərbi yolla həll etməyə köklənib.

XS
SM
MD
LG