Accessibility links

Reuters xəbər agentliyinin əldə etdiyi videoda Suriya üsyançılarının ordu qüvvələrini pusquya salması və gizlənməyə çalışan zabiti yaxalamaları göstərilir.

Bu kadrlar Suriyanın şimali İdlib vilayətində çəkilib. Üsyançılar Bəşər Əsədə sadiq qüvvələrin konvoyunu vurduqdan sonra ərazidə səthi axtarış aparır və kanalizasiya borusuna girmiş zabiti aşkar edirlər.

Videoda üsyançıların əsir götürülmüş əsədçi ilə humanist davrandıqları göstərilir. Son bir neçə həftədə Suriya hökuməti ölkə ərazisinin böyük hissələrinə nəzarəti itirib.

Üsyançılar artan sayda ərazilərə nəzarət edir və hökumət qüvvələrinə qarşı effektiv hücumlar həyata keçirirlər.
XS
SM
MD
LG