Accessibility links

Suriyanın Milli Koalisiyasının prezidenti istefa verib


Suriyanın həssas müxalifəti daha bir zərbəyə tuş gəlib. Belə ki, Suriyanın Milli Koalisiyasının prezidenti Əhməd Moaz Əl-Xatib istefa verib. O, hər hansısa təsisatdansa kənarda daha azad fəaliyyət göstərə biləcəyini deyib.

Facebook səhifəsindəki açıqlamasında Xatib bildirib ki, o, Suriya xalqına vəziyyətin müəyyən bir nöqtəyə çatması ilə istefa verəcəyini vəd etmişdi. Lakin o, vəziyyətin nə yerdə olduğuna aydınlıq gətirməyib.

Əhməd Moaz Əl-Xatib koalisiyaya 4 ay əvvəl rəhbər seçilmişdi.

Suriya müxalifəti arasında ciddi parçalanma mövcuddur. Bəziləri prezident Bəşar Əl-Əsədlə dialoqa, digərləri isə münaqişənin hərbi yolla həllinə üstünlük verir.
Suriyada və Türkiyədə olan müxalifət Gassan Hittonun baş nazir seçilməsindən narahatdır. Xüsusilə onun ABŞ vətəndaşı olmasından.
XS
SM
MD
LG