Accessibility links

100 il əvvəl I Dünya Müharibəsi Osmanlı İmperatorluğunun dağılması ilə nəticlənmişdi. Hələ müharibədən əvvəl Britaniya və Fransa Suriya, Livan, İordaniya və Fələstinin daxil olduğu Osmanlı torpaqlarının bölüşdürülməsi barədə razılıq əldə etmişdi.

Londonda yerləşən Kral Xidmətləri İnstitutunun rəhbəri Maykl Klarkın dediyinə görə, bu, müasir Yaxın Şərqin izahatıdır. “Ərəb dünyası 1916-cı ildə Britaniya və Fransanın razılığı əsasında yaradılıb. O vaxtdan bəri dəyişiklik olmayıb. Yalnız 1948-ci ildə İsrail dövləti yaradılıb. İndi isə Yaxın Şərqin xəritəsi dəyişmək üzrədir.”

Parçalanma Suriyada daha qabarıq şəkildə üzə vurur. Londonun Yaxın Şərq institutunun əməkdaşı Robert Lou hesab edir ki, ölkə parçalanacaq. ”Güc balansı eyni görünür. Hər hansısa bir fraksiyanın qüdrəti əlinə alması asan olmayacaq. Kürdlərin şəhərlərə nəzarəti artır.”
“Levantın balkanlaşması baş verə bilər

I Dünya Müharibəsi kürdləri Suriya, Türkiyə, İran və İraq ərazilərinə səpələməşdi. İraqda 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra kürdlər muxtariyyət qurub. İndi isə onlar müstəqil dövlət iddiası ilə yaşayır.

Londonun İqtisadiyyat İnstitutunun professoru Saad Cavad deyir ki, İraqda vəziyyət başqadır.”İraqlılar 70-ci illərdə Livanda olduğu kimi müharibəyə meyilli deyil. Hətta kürdlərin muxtariyyət yaratması ilə belə ölkənin parçalanma niyyəti yoxdur.”
Livanda isə müharibə öz yaralarını qoyub. Bu ölkədə qarışıqlıq təhlükəsi hökm sürür.

Son aylar Suriya müharibəsinin yol açdığı sünni-şiə münaqişəsi yaşanır. Qarşıdurmalar səbəbi ilə onlarla insan öldürülüb.

Ərəb üsyanları Yaxın Şərqin xəritəsini dəyişə bilər. Bu, Kral Xidmətləri İnstitutunun rəhbəri Maykl Klarkın sözləridir. “Levantın balkanlaşması baş verə bilər. Bir çox ölkə və ərazilərin varlığına son qoyula bilər, yeni ərazilər yaradıla bilər.”

Təhlilçilərin fikrincə, ərəb dünyasında inqilablar ilkin mərhələsini yaşayır. İllərdən sonra onların hansı nəticələr verəcəyini təxmin etmək mümkün deyil.
XS
SM
MD
LG