Accessibility links

Suriyada bir il əvvəl oğurlanan yaponiyalı jurnalistin şəkli İnternetdə yerləşdirilib


Bir ilə yaxındır Suriyada itkin düşən Yapon jurnalistinin şəkli bazar günü İnternet səhifəsinə yerləşdirilib.

Çəkiliş tarixi məlum olmayan şəkildə uzun saçlarıı və saqqalı olan yaponiyalı jurnalist Campey Yasuda narıncı geyimdə göstərlib. O, əlində "Xahiş edirəm mənə yardım edin, bu mənim son şansımdır" yazılmış kağız tutub.

Yaponiya mediasının bildirdiyinə görə, 42 yaşlı jurnalist keçən ilin iyun ayında Türkiyədən Suriyaya keçdikdən sonra Əl-Qaidə ilə əlaqəsi olan Nusra çəbhəsi qrupu tərəfindən ələ keçirilib.

Yaponiyanın xarici işlər naziri Fumio Kişida şəklin təhlil edildiyini və orada göstərilən şəxsin çox guman ki Yasuda olduğunu bildirib.

2004-cü ildə də müstəqil jurnalist kimi İraqa gedən Yasuda Bağdadda girov götürülmüş və Yaponiya hökumətinin apardığı dsanışıqlardan sonra azad edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG