Accessibility links

Amnesty International: İranda azərbaycanlı ələvi edam oluna bilər



Beynəlxalq əfv təşkilatı Amnesty International İranda biri azərbaycanlı ələvi olan edama məhkum olmuş üç nəfərin bu yaxınlarda asıla biləcəyini bildirərək, İran rəsmilərindən onları edam etməməyə və onlar haqda çıxarılmış ölüm cəzasını ləğv edib beynəlxalq standardlara uyğun şəkildə yenidən mühakimə olmalarını istəyib.

Qərbi Azərbaycanda yaşayan ələvi və ya Əhli-Haq türklərindən olan Yunus Ağayanla birlikdə kürd Zanyar Muradi və Luqman Murradinin də yanvarın 17-də yayılan bəyanatda adları göstərilib.

Bəyanatda yazıldığına görə, bu üç məhbusun pis rəftar, ya da işgəncə altında etiraf verməyə məcbur edilməsi və ədalətsiz mühakimədən sonra onlar haqda ölüm hökmünün çıxarılması Amnesty International təşkilatının dərin narathalığına səbəb olub.

Təşkilatın yaydığı məlumata görə, Yunus Ağayanın ötən il dekabrın 26-da Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərindəki həbsxanadan Urmiyə həbsxanasına köçürülərək təkadamlıq kamerada yerləşdirilməsi onun bu yaxınlarda edam oluna bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb olub. Edam hökmünü gözləyən məhkumlar hökmün icrasına az müddət qaldıqda təkadamlıq kameraya köçürülürlər.

Yunus Ağayan təkadamlıq kameraya köçürüldüyü gündən aclıq aksiyasına başlayıb. Məhbus heç kəslə görüşdürülmədiyi üçün onun hələ də aclığı davam etdirib-etdirməməsi bəlli deyil.

Yunus Ağayan Qərbi Azərbaycanın Qoşaçay şəhərinin yaxınlığındakı Üçtəpə kəndindəndir. Ələvi azərbaycanlılar həmçinin “Qızılbaş Əhli-Haq”, “Goran” və “Əliallahı” adları ilə də tanınırlar.

Amnesty International təşkilatının əldə etdiyi statistikalara görə İranda yaşayan etnik və dini azlıqlar, habelə yoxsullar ən çox edam riski altında olan qruplara aiddir. Təşkilatın əvvəlki hesabatlarında da İranın Azərbaycan vilayətlərində yaşayan ələvi və sünni türklərin edam edilməsi ilə bağlı məlumatlar verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG