Accessibility links

Suriyada yaraqlılar Hələbdə Əl-Qaidə ilə əlaqəsi olan qrupun qərargahını ələ keçirib. Müxalifət döyüşçülərini məhv edəcəyi ilə hədələyən qrup Suriyada islam dövlətinin qurulmasına çalışır.

Suriyada İnsan Hüquqları Müşahidə qrupu islamçı yaraqlıların Hələbdəki qərargahın nəzarətini keçən həftə İraq və Levantda İslam dövləti təşkilatından aldığı haqda məlumat verib.

İraq İslam dövləti qrupunun sözçüsü üsyançı döyüşçülərin məhvi ediləcəyi vı Suriya Milli Koalisiyasının da hədəf olduğu haqda audio mesaj yayımlayıb.

Bu mesaj Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi qrupunun Suriyanın müxtəfli bölgələrində nəzarəti ələ keçirməyə cəhd göstərən üsyançı fraksiyalar arasında barışıq çağırışından bir neçə saat sonra verilib.

İraq və Levantda İslam dövləti şəriət qanunlarının təsbiq edildiyi islam dövləti yaratmaq kimi məqsədə nail olmaq üçün kiçik rəqib qrupları aradan götürərək, öz nüfuzunu artırmağa çalışır. Cihadçılar Suriya hökumətinə güzəştə getməkdən imtina edib və bu ay Cenevrədə sülh konfransında iştirak edəcək mötədil müxalifət nümayəndələrinin onları təmsil etmədiklərini bildirib.
XS
SM
MD
LG