Accessibility links

ABŞ Suriya qaçqınlarına 30 milyon dollarlıq yardım ayırıb


ABŞ Suriya münaqişəsinin təsirinə məruz qalanlara yardım məqsədi ilə 30 milyon dollarlıq yardım ayrıldığını bəyan edib. ABŞ dövlət katibi bu barədə açıqlamanı Avstraliyada illik təhlükəsizlik görüşündə verib.

Hillari Klinton deyib ki, yardım Türkiyə, Livan, İordaniya və İraqda sığınacaq tapan suriyalı qaçqınları ərzaqla təmin edəcək.

Dövlət katibi bu günlər Dohada birlik əldə edən Suriya müxalifətinə dəstək verilməsinə çağırıb.

Xanım Klintonun çağırışları Yaponiyanın Xarici İşlər Nazirliyinin Suriyanın dostları toplantısının noyabr ayının 30-da Tokioda keçiriləcəyini bildirməsi ilə eyni vaxta təsadüf edir. Beşinci görüşə Yaponiya rəhbərlik edəcək.

Fransa rəsmiləri Suriya müxalifət birliyini dəstəklədiyini, lakin qrupun rəsmən tanınması üçün tez olduğunu bildirib.

Ərəb Liqası da müxalifət birliyinə dəstəyini nümayiş etdirib, Suriya xalqının təmsilçisi kimi qrupu 6 ölkə rəsmən tanıyıb.

Müxalifət nümayəndələri bazar günü Dohada Suriyanın bir sıra fraksiyalarını bir araya gətirərək birlik yaradıb.

Human Rights Watch bəyanatında müxalifət birliyinin Suriyanın rəqib qüvvələrinin insan hüquqlarına riayət etməsi üçün aydın bir mesaj olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG