Accessibility links

Suriya müxalifətinin başçısı Suriya-İraq sərhədlərinin yaraqlılara açıq olmasının regionda böyük çaşqınlıq yaratdığını bildirib.

Səudiyyə Ərəbistanında ABŞ dövlət katibi Con Kerri ilə görüşü zamanı Əhməd Əl-Cəbra deyib ki, terrorizmə qarşı müharibə indi daha da gücləndirilməlidir.

O, ABŞ və Səudiyyə Ərəbistanından Əsəd qüvvələri və İŞİD-lə mübarizə üçün yardım göstərmələrini istəyib.

Con Kerri Yaxın Şərqə Suriya və İraqda təhlükə yaradan yaraqlılarla mübarizədə regional liderlərin rolunun artırılması məqsədi ilə səfər edib.

Ağ Ev Suriyanın rəqib qüvvələrinin təlimlərinə 500 milyon dollar ayrıldığını bəyan edib.

Eyni zamanda Human Rights Watch bildirir ki, foto-şəkillərin təhqiqi İŞİD ekstemistlərinin Tıkrıtda kütləvi qırğınlar törətdiyini təsdiq edir. Ekstremistlər iyun ayının 11-i və 14-ü iki müxtəlif yerdə 160-la 190 nəfər arasında insanı qətlə yetirib.

XS
SM
MD
LG