Accessibility links

Suriyanın rəqib döyüşçüləri, Suriya qüvvələri və onun Livan müttəfiqi Hizbullah arasında atəşkəs danışıqları nətcə verməyib. Şimal Zabadani şəhərində döyüşlər yenidən vüsət alıb.

Daha əvvəl əldə edilən 72 saatlıq atəşkəsin müddəti sabah başa çatır.

Müzakirələrdə iştirak edən Əhrar-Əl Şam rəqib qrupu Türkiyə və İranın vasitəçiliyi keşirilən müzairələrin nəticə verməməsinin döyüşlərin bərpasına yol açdığını bildirib.

İbdil vilayətindəki Foua və Kafraya kəndlərinə 200-dən artıq raket atılıb.

Hökumət qüvvələri və onun müttəfiqləri Zabadinini hücuma tutmaqla rəqib döyüşçüləri bölgədən çıxarmağa çalışır.

Bu bölgədə atəşkəs əldə edilməsi humanitar yardımların çatdırılması məqsədi daşıyırdı.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupu danışıqların hökumtin məbbəslərində saxlanılan 40 min məhbusun azad edilməsi məsələsinə görə baş tutmadığını bildirir.

XS
SM
MD
LG