Accessibility links

ABŞ bildirib ki, Suriyada üsyançıların liderinin qətli ölkədə beş il davam edən böhrana son qoymaq və atəşkəsə nail olmaq səylərini çətinləşdirir.

Ceyş Əl-İslam adlanan qrupun başçısı Zəhran Alloş Suriya hökumət qüvvələrinin iddia etdiyi hava hücumları nəticəsində həlak olub.

ABŞ Dövlət Departmentinin sözçüsü Mark Toner deyib ki, ABŞ Ceyş Əl-İslam qrupunun Suriyada fəaliyyəti ilə bağlı müəyyən dərəcədə narahatdır. Amma qrup üsyançı qrupların konfransında iştirak edib, siyasi prosesi dəstəkləyib və İŞİD-a qarşı vuruşub.

“Razılaşmaq lazımdır ki, bu kimi hücumların həyata keçirilməsi qarşı tərəfə o qədər də konstruktiv olmayan mesaj çatdırır. Və dediyim kimi, belə hallar səylərə mənfi təsir göstərir. Ümid edirik ki, bu hücumlar əldə edilən inkişafa təsir etməyəcək”- deyə Toner bildirib.

BMT-nin hesablamalarına görə münaqişə nəticəsində 4,3 milyon nəfər ölkəni tərk edib, 6,6 milyon insan isə Suriya daxilində məcburi köçkünə çevrilib. 13,5 milyon suriyalı humanitar yardıma möhtacdır.

XS
SM
MD
LG