Accessibility links

Müxalifət prezident Bəşar Əl-Əsədlə hakimiyyətin bölüşdürülməsini mümkün saymır

Suriya müxalifəti ölkədə siyasi keçidə dair BMT-nin dəstəklədiyi planı rədd edərək, prezident Bəşar Əl-Əsədlə hakimiyyətin bölüşməsinin mümkün olmadığını deyib.

Qərargahı Parisdə yerləşən Suriya Milli Şurasının sözçüsü Bassma Kudmani qətllər davam edənə qədər suriyalıların heç bir siyasi prosesdə iştirak etməyəcək.

Suriyada keçid hökimətinin yaradılması ilə bağlı plan şənbə günü Cenevrədə BMT Təhlükəsizlik Şurasının üzvlərinin zirvə görüşü zamanı qəbul edilmişdir. Rusiyanın təkidi ilə beynəlxalq vasitəçi Kofi Annanın planının kompromis variant olan sənəddə cənan Əsədin keçid administrasiyasına daxil edilməsinə imkan verilir.

Suriyanın özündə isə bazar günü onlarla vətndaşın həlak olduğu haqda məlumat verilir. Dəməşqə dəfn mərasimi zamanı baş vermiş güclü partlayış zamanı təxminən 30 adamın həlak olduğu bildirilir. Fəallar partlayışa görə hökumət qüvvələrini günahlandırır.
XS
SM
MD
LG