Accessibility links

Suriyanın rəqib döyüşçüləri mübarizələrini davam etdirəcək [Video]


Suriyanın rəqib döyüşçüləri mübarizələrini davam etdirəcək
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Suriyanın rəqib döyüşçüləri mübarizələrini davam etdirəcək

Livanın Hizbullah hərəkatının döyüşçülərinin müşayiəti ilə Suriya qüvvələri Qusair şəhərində qızğın döyüşlər aparır.

18 yaşlı Obeida Əbdel Nabi Suriyanın Livanla sərhədində yerləşən Qusairdə qarın nayihəsindən güllə yarası alıb.

Həvəskar videolarda Suriyanın hökumət qüvvələrinin şəhərə hava və arteleriya zərbələri endirdiyi nümayiş etdirilir. Hücumlar təkcə döyüşçülər deyil, dinc əhalinin də geniş tələfatına yol açır. Nabi şəhərdə vəziyyətin pis olduğunu deyir: “Vəziyyət çox ağırdır. Ərzaq qıtlığı mövcuddur.”

Bakaa vadisində bir çoxları sərhədi keçərək suriyalılara yardım edir. Onlardan biri livanlı Həsən Abdulrəhmandır: “Vəzyyət günbəgün ağırlaşır. Hər gün ölüm, hər gün itki. Rəqib qüvvələr döyüşçülərini itirir. Hər iki tərəf də itki verir.”

Qolunu 15 ay əvvəl Homs şəhərindəki döyüşlər zamanı itirən Əbu Yamin indi yaraqlılara yardım edir.
“Yaralandıqdan sonra Homsdan Tripoliyə getməyim 24 saat sürdü. İndi isə 5,7 bəlkə də 10 gün lazımdır.”

20 yaşlı Ayman Musa bomba hücumu nəticəsində qanaxmadan ölə bilərdi. Hücum zamanı onun iki məsləkdaşı öldürülmüş, biri yaralanmışdı. İndi o, süni ayaqla təmin edilməsi üçün xüsusi terapiyadan keçirilir. Bundan sonra isə onun bircə məqsədi var.“Homsa qayıdıb, döyüşlərə qatılacağam. Hətta süni ayaqla belə. Çoxları süni ayaq və ya qolla geriyə qayıtmır. Lakin mənə yerimək kifayətdir. Rejim devrilməyib. İşimiz bitməyib.”

Bir çox yaraqlı bu arzu ilə yaşayır. Xaricdə sülh səylərinin davam etdirilməsinə baxmayaraq, daxildə döyüşçülər hökuməti devirməyincə döyüşlərə ara verməyəcəklərini deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG