Accessibility links

Suriyanın gələcəyi ilə bağlı narahatlıqlar mövcuddur



Suriyada qanlı vətəndaş müharibəsinin sonu görünmədiyi bir vaxt ölkənin gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır.

Bəzi təhlilçilər qarışıqlıqların ölkənin bölünməsilə nəticələnə biləcəyini deyir. Vaşinqtonda Demokratiyaların Müdafiəsi Fondunda Yaxın Şərq məsələləri üzrə təhlilçi Emanuelo Ottolengi deyir ki, hadisələr Suriyanın bölünməsinə apara bilər.

Amerikanın Səsinin verilişində iştirak edən Ottolenginin sözlərinə görə, iki il yarım sürən münaqişə nəticəsində 100 mindən insanın ölümü və milyonlarla insanın məcburi köçkün olmasından sonra Suriyanın vahid dövlət kimi qalması şübhə doğurur: “Dağıntılar göz qabağındadır. Tərtiqət zəminində zorakılıqlar və təriqət səviyyəsində qisas almaq istəyi məndə belə bir təsəvvür yaradır ki, rejim ölkəni idarə edə bilməsə, ya da üsyançılar ölkəyə nəzarəti ələ keçirə bilməsə, ölkəni yenidən birləşdirmək yolu tapılmaya bilər.”

Cons Hopkins universitetində konfliktologiya üzrə professoru Daniyel Serverin fikrincə, Suriyada vəziyyət bütün regionu sabitsizləşdirə biləcək bir fəlakət yarada bilər: “Mənim fikrimcə, regionda dövlət strukturunun dağılmasının mümkünlüyü mövcuddur.”

Keçən ay Birləşmiş Ştatlar prezident Bəşar Əl-Əsəd hökumətinin vətəndaş müharibəsi dövrü kimyəvi silahlardan istifadə etdiyi müəyyən edildikdən sonra Suriya üsyançılarının silahlandırılmasına dair planlarını açıqlayıb.

Professor Server prezident Barak Obamanın Suriyada parçalanma prosesinin baş verməsindən əvvəl güclü hərbi səylərə başlaya bilər: “Əgər prezident Obama bir səhər durub deyə bilər ki, bu, Suriyanın parçalanmasına və Levantda sərhəddin dəyişməsinə gətirib çıxara bilər. Bu, Türkiyəni risk altına qoyur. Bu, İraq üçün risk yaradır. Mən nəsə etməliyəm.”

Professor Server Obama administrasiyasının Suriyada siyasi vəziyyətin həqiqətən də həllinə nail olmaq istədiyini deyir: “Hərbi vəziyyətin yenidən balanslaşdırılması olmadan hər bir siyasi həllə nail olmaq mümkün deyil. Müxalifət Bəşar Əl-Əsədi müzakirələr masasına gətirmək üçün daha güclü olmalıdır.”

Tərəfləri müzakirələr masasına gətirmək üçün beynəlxalq səylər baş tutmayıb.

May ayında Birləşmiş Ştatlar və Rusiya Suriya üzrə konfrans keçirmək planlarını elan etdi.

Təşkilatçılar konfransın iyun ayında Cenevrədə keçiriləcəyinə ümid bəsləyirdi. Bu müddət iyula keçirildi və indi konfransın artıq avqust ayında baş tutacağı nəzərdə tutulur.

Bu səyləri çətinləşdirəcək başlıca faktor Birləşmiş Ştatların Suriya müxalifətini, Rusiyanın isə Əsəd hökumətini dəstəkləməsindən ibarətdir.
XS
SM
MD
LG