Accessibility links

Suriya hökumət qüvvələri Homsda üstünlük əldə edib



Suriya hökumət qüvvələri Livanın Hizbullahın qrupunun döyüşçülərinin dəstəyi ilə strateji əhəmiyyət daşıyan Homs şəhərində üsyançıların nəzarətində olan mühüm ərazidə üstünlük əldə edib.

Suriyanın dövlət televiziyası bazar günü Homsun şimalında Xalidiyyə rayonundan canlı yayımda ordunun ərazinin böyüik hissəsinə nəzarət etdiyi haqda məlumat verib. Video görüntülərdə böyük dağıntılar və döyüşçülərin olduğu deyilən cəsədlər nümayiş etdirilib.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupu da ordunun və Hizbullahın son 24 saat ərzində Xalidiyyənin böyük hissəsinin nəzarətini ələ aldığını bildirib.

Müxalif Suriya Milli Koalisiyası Xalidiyyədə hərbi üstünlüyün əldə edildiyi haqda məlumatları rədd edərək, hökuməti ərazinin şiddətli bombalanmasında ittiham edib. Milli Koalisiya bildirib ki, Suriya Azadlıq ordusunun taktiki addım kimi geri çəkilməsi prezident Bəşar Əl-Əsədin ərazidə nəzarəti ələ aldığına işarə deyil.

Şənbə günü hökumət tərəfdarı qüvvələri Xalidiyyədə bir ildən artıqdır üsyançıların nəzarət etdiyi qədim Xalid İbn Valid məscidni ələ keçirib.

Tarixi məscidin hökumət əleyhinə üsyanın koordinasiya edilməsi və nümayişlərin başlanmasında mühüm əhəmiyyəti olub.
XS
SM
MD
LG