Accessibility links

Suriya hökuməti və mediası Qərbi təcavüzkarlıqda günahlandırır


handout photograph distributed by Syria's national news agen

handout photograph distributed by Syria's national news agen

Suriyanın yüksək səviyyəli rəsmisi kimyəvi silahlarla hücuma görə Birləşmiş Ştatların dəstəklədiyi silahlı qruplaşmaların məsuliyyət daşıdığını bildirib. Suriya hökuməti özünü “ədalətsiz təcavüz”dən müdafiə etməyə söz verib.

Dövlət televiziyasında raket texnikası və tankların hərəkət etdiyi, əsgərlərin addımladığı göstərilən video görüntülər nümayil etdirilib. Diktorlar Dəməşqin xaricin mümkün hər hansı hücumuna hazır olduğunu elan ediblər.

Suriya ordusu və hökumət tərəfdarı yarı-hərbi dəstələrin hərbi texnika və komanda mərkəzlərini hücuma məruz qala biləcəyi gözlənilən təyyarə meydanları və hərbi bazalardan köçürdüyü bildirilir. Şahidlər raket atan qurğuların və bəzi məktəblərin yaxınlığında Qrad tipli raketlərin yerləşdirildiyi haqda məlumat verib.

Xarici işlər nazirinin müavini Feysəl Əl-Meqdad BBC şirkətinə müsahibədə Birləşmiş Ştatları prezident Bəşar Əl-Əsədə qarşı silahlı üsyanda ittiham edib. O, ABŞ qanunvericilərinə müraciət edərək, onları ölkəyə qarşı mümkün hücum məsələsini nəzərdən keçirirkən müdriklik nümayiş etdirməyə çağırıb.

Meqdad ABŞ-ın Dəməşqin avqustun 21-də kimyəvi silahlardan istifadə etməsinə dair iddialarını 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən öncə Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğuna dair ittihamlarla müqayisə edib.

Dəməşqdə üsyançıların hökumətin nəzarətində olan ərazidə yaşayış binasını artilleriya atəşinə tutduğu bildirilir.

Həvəskar bir videoda Dəməşqin üsyançıların nəzarətində olan şərq hissəsində yaşayan bir sakini hökumətin ərazini mühasirəyə alaraq, ara-sıra buranı atəşə tutduğunu dediyi göstərilir. Hökumət qüvvələri paytaxt ətrafında üsyançıların nəzarətində olan ərazilərin yenidən ələ keçirilməsinə çalışıb.
XS
SM
MD
LG