Accessibility links

Suriyada yeni toqquşmalar baş verib


Suriyada üsyançılar hökumət qüvvələri ilə bir neçə gün davam edən şiddətli döyüşlərdən sonra İordaniya sərhəddi yaxınlığında yoxlama məntəqəsini ələ keçirib.

Üsyançılar Dəraa keçid məntəqəsinin tam nəzarətini ələ keçirdiklərini bildirib. Bu, BMT-nin Təhlükəsizlik Şurasında Suriyanın kimyəvi silahlarının ixtisarına dair qətnamənin qəbul edilməsindən bir gün sonra baş verir.

Təhlükəsizlik Şurasının 15 üzvü Rusiya və Birləşmiş Ştatlar arasında intensiv diplomatiyadan sonra qətnaməyə cümə günü axşam səs verib. Qətnamənin əsasında iki ölkənin bu ayın əvvəli Cenevrədə əldə edilmiş razılıqlar durur.

ABŞ və Rusiya arasında əldə edilmiş razılıq nəticəsində Birləşmiş Ştatların Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə qarşı mümkün hərbi müdaxiləsinin qarşısı alınmışdı. Rəsmi Vaşinqton Əsəd hökumətini avqust ayında Dəməşq yaxınlığında yüzlərlə insanın ölümülə nəticələnmiş kimyəvi hücumda günahlandırır.
XS
SM
MD
LG