Accessibility links

Suriya üsyançıları rəqibləri tərəfləri döyüşləri dayandırmağa çağırır



Suriyada bir neçə nüfuzlu üsyançı qrup Əl-Qaidə yaraqlıları və Qərbin dəstəklədiyi müxalif qüvvələrin ölkənin şimalında döyüşləri dayandırmasını tələb edərək, sərt-xətt tərəfdarı islamçıları döyüşçülərini iki gün ərzində ərazidən çıxarmağa çağırıb.

Britaniyada mənzillənən Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, müraciətə Qərbin dəstəklədiyi Suriya Azadlıq ordusu ilə əlaqəsi olan İslam ordusu, Tauhid briqadası və Qərb Əhrar Əl-Şəm qrupu imza atıb.

Əl-Qaidə ilə əlaqəsi olan İraq İslam dövləti və Levant qrupları keçən ay Tükiyə sərhəddindən beş kilometr məsafədə yerləşən Aza şəhərciyini ələ keçirib. Bu qruplar və Suriya Azadlıq ordusunun şimal bölgə briqadası arasında dəfələrlə hərbi toqquşmalar baş veib.

Üsyançı qrupların tərəflər arasında atəşkəsə nail olmaq səyləri əvvəllər baş tutmayıb.

Üsyançı qruplar arasında parçalanma prezident Bəşar Əl-Əsədin daha yaxşı silahlanmış və təşkil olunmuş silahlı qüvvələrinə qarşı qanlı mübarizədə səylər qarşısında başlıca maneə olmuşdur.
XS
SM
MD
LG