Accessibility links

Suriyada Qurban bayramına baxmayaraq döyüşlər davam edir



Suriya silahlı qüvvələrinin hərbi təyyarələrinin üsyançıların nəzarətində olan əraziləri bombardman etdiyi, müxalif döyüşçülərin isə Dəməşqdə artilleriya atəşləri açdığı bildirilir.

Suriyanın dövlətə məxsus SANA agentliyinin verdiyi məlumata görə, paytaxtın Əl-Qanavat məhəlləsinin artilleriya atəşinə tutulması nəticəsində yanğın baş verib, dörd nəfər yaralanıb.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Haqları Müşahidə qrupu hökumətin hərbi təyyarələrinin ölkənin şimalında yerləşən Hama vilayətinin Latamne kəndində hədəfləri bombalaması nəticəsində üç uşaq ölüb. Qrup hərbi təyyarələrin Dəməşq yaxınlığında Şərqi Quta və ölkənin cənubunda Dəra ərazilərini bombardman etdiyini bildirib.

İki ildən artıqdır vətəndaş müharibəsinin getdiyi Suriyada bugünkü döyüşlər müsəlman dünyasının Qurban bayramını qeyd etməyə başladığı zaman baş vermiş. Əvvəllər döyüşən tərəflər bayram müddətində atəşkəsə əməl edirdi.
XS
SM
MD
LG