Accessibility links

Ərəb Liqasının başçısı Nabil Əl-Ərəbi Suriya üzrə sülh konfransının noyabrın 23-də Cenevrədə keçiriləcəyini elan edib.

Nabil Əl-Ərəbi bunu Qahirədə bazar günü BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi elçisi Lahdar Brahimi ilə danışıqlardan sonra bildirib.

Bununla belə Lahdar Brahimi müxbirlərə deyib ki, müxalifət təmsil edilmədiyi təqdirdə heç bir müzakirə keçirilməyəcək. O, eyni zamanda Qətər, Türkiyə, İran və Suriyanı əhatə edən regional turunu başa vurmayana qədər konfransın günü ilə bağlı məlumat verməkdən imtina edib.

Suriyanın özündə isə bazar günü Həma şəhərində partlayıcılarla dolu yük maşınının partlaması nəticəsində 30 adamın öldüyü, onlarla insanın yaralandığı haqda məlumat verilib.

Britaniyada yerləşən Suriyada İnsan Haqları Müşahidə qrupunun verdiyi məlumata görə, hücumun hədəfi ordunun yoxlama məntəqəsi olub.
XS
SM
MD
LG