Accessibility links

Suriya silahlı qüvvələri Dəməşq-Homs şosse yolunun nəzarətini ələ keçirib


Suriya fəalları prezident Bəşar Əl-Əsəd hökumətinin silahlı qüvvələrinin Dəməşq və yüz tonlarla kimyəvi silahların məhv edilmək üçün daşınacağı əsas şosse yoluna nəzarəti ələ keçirdiyini bildirir.

Britaniyada mənzillənən Suriya İnsan Hüquqlarının Müşahidə qrupunun verdiyi məlumata görə, hökumət qüvvələri Qara və Deyr Attiya şəhərləri, həmçinin Dəməşq-Homs şosse yolu üzərində yerlələn streteji əhəmiyyətə malik Nabak şəhərinin nəzarətini ələ keçirib.

Şimal-cənub şosse yolu döyüşlərə görə 20 gündür bağlı idi.

Bu inkişaflar Beynəlxalq Kimyəvi Silahların Qadağan edilməsi üzrə təşkilatın başçısının vətəndaş müharibəsi getdiyi üçün Suriyanın kimyəvi silah arsenalının məhvi prosesinin ləngiyə biləcəyini dediyi vaxta təsadüf edir.

Ən təhlükəli kimyəvi maddələr dekabrın 31-ə qədər zərərsizləşdirilməlidir. Kimyəvi silahların digər hissəsinin fevralın 5-ə qədər ölkədən çıxarılması nəzərdə tutulub.

Suriyanın böyük kimyəvi silah arsenalındakı zəhərli maddələr Dəməşq və Aralıq dənizindəki Latakiya limanı arasında quru yolla və dəniz vasitəsilə çıxarıla bilər.
XS
SM
MD
LG