Accessibility links

Suriya hərbi vertolyotları Hələbə bomba atıb



Suriyada yerli mənbələr və insan haqları qrupları hərbi qüvvələrə məxsus vertolyotların ölkənin şimalında Hələb şəhərinə bomba atdığı haqda məlumat verib.

İnternetdə həvəskar kamera ilə çəkilib yerləşdirilən görüntülərdə Hələbin şənbə günü bombardman edildiyi göstərilib.

Şəhərə bomba atıldığına dair məlumatlar BMT-nin Baş katibi Ban Ki Munun Suriyada vəziyyəti “bu gün dünyanın ən aktual təhlükəsizlik problemi” kimi dəyərləndirdiyi bir vaxt verilib.

Suriyada döyüşən tərəflər arasında keçən həftənin cümə günü başa çatıb danışıqların birinci raundunda az inkişaf müşahidə edilsə də, gələn ay növbəti müzakirələr üçün əsas qoyulub.

Suriyada 2011-ci il mart ayında hökumət əleyhinə dinc nümayişlərlə başlayan münaqişə sonradan vətəndaş müharibəsinə çevrilib. BMT münaqişə başlayandan 100 mindən çox insanın həlak olduğunu, təxminən doqquz milyon insanınsa evlərindən didərgin düşdüyünü bildirib.
XS
SM
MD
LG