Accessibility links

Suriya yaraqlıları 45 ficilini azad etməzdən əvvəl tələblər irəli sürüb

FILE - U.N. peacekeepers from the United Nations Disengagement Observer Force, also known as UNDOF, observe Syria's Quneitra province at an observation point on Mt. Bental in the Israeli-controlled Golan Heights, overlooking the border with Syria, Friday,

Ficinin hərbi komandiri deyib ki, Suriyada Əl Qaidə ilə əlaqəsi olan yaraqlılar 45 ficili BMT sülhməramlısını azad etməzdən əvvəl onların bir sıra tələblərinin yerinə yetirilməsini istəyib.

General Mosese Tikoitoqa deyib ki, Nusra cəbhəsi qrupu BMT-nin terrorçu təşkilatlar siyahısından çıxarılmasını, Dəməşq ətrafındakı ərazilərə humanitar yardımın çatdırılmasını və döyüşdə üç üzvünün öldürüldüyü üçün kompensasiya verilməsini tələb edib.

General əsgərlərin təhlükəsiz dönüşünü təmin etmək üçün BMT-nin bütün resurslardan istifadə edəcəyini deyib və təşkilatın baş katibi Ban Ki Muna minnətdarlığını bildirib.

Ban Ki Mun onların azad edilməsi üçün müraciət edib və deyib ki, BMT vasitəçiləri silahlı qruplarla sülhməramlıların azadlığa buraxılmasını müzakirə edir.

İrlandiya müdafiə naziri gələn ay Qolan yüksəkliklərinə daha çox sülhməramlı göndərməzdən əvvəl BMT-dən təhlükəsizliyə dair təminat verilməsini istəyib.

XS
SM
MD
LG