Accessibility links

Suriya beynəlxalq ictimaiyyəti Paris konfransına çağırılmadığına görə tənqid edib


Suriya hökumətiin yüksək səviyyəli rəsmisi beynəlxalq ictimaiyyəti İslam Dövləti qrupuna qarşı beynəlxalq konfransa daxil edilmədiyinə görə tənqied edib.

Suriya xarici işlər nazirinin müavini Feysəl əl-Miqdad paris konfransını yanlış istiqamətdə atılan növbəti addım adlandırıb. “Paris görüşü yanlış istiqamətdə atılan daha bir addımdır. Biz inanırıq ki, terrorizmə qarşı beynəlxalq əməkdaşlıqda heç bir təsirli tərəf istisna edilməməlidir. Suriya üç ildir terrorizmə qarşı mübarizə aparır. İslam Dövləti kimi tanınan İŞİDhəm İraq, həm də Suriyada insanlara qarşı müharibə aparır. Suriyanı unutmaq, ya da onun rolunu rədd etmək həm Paris, həm də Ciddədə terrorizmə qarşı mübarizə şüarı altında görüş keçirənlərin uğursuzluğuna gətirib çıxaracaq”-deəy o bildirib.

Prezident Barak Obama İslam Dövləti qrupuna qarşı mübarizədə Suriya prezidenti Bəşar Əl-Əsədlə birgə işi istisna edib.

Birləşmiş Ştatlar İraqda İslam Dövləti qrupuna qarşı hava hücumları keçirir və eyni zamanda hərbi hava əməliyyatları ilə yanaşı quruda əməliyyatlar və militantların maliyyə mənbələrinin kəsilməsi üçün beynəlxalq koalisiyanın yaradılması üzərində işləyir.

XS
SM
MD
LG