Accessibility links

ABŞ Suriya qüvvələrinin vertolyot hücumlarını pisləyib


ABŞ Suriyada 3 il yarımdır davam edən müharibə ucbatından didərgin düşən insanların məskunlaşdığı düşərgəyə Suriya vertolyotlarından çən bombaları ilə etdiyi hücumları vəhşilik adlandırıb.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu İdlib vilayətində hücum nəticəsində təxminən 10 nəfərin öldüyünü bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, ABŞ hökuməti hücumun detallarını təsdiqləməyib. Amma xəbərdən olduqca narahatdır.

Bu yaxınlarda BMT-nin bəyanatında deyilib ki, Suriyanın hökumət qüvvələri yüksək dağıntıya qadir silahlardan istifadə edir və mülki vətəndaşlara qarşı çən bombaları da daxil olmaqla ağır hücumlar həyata keçirir.

XS
SM
MD
LG