Accessibility links

Suriya ordusunun ölkənin mərkəzi bölgələdinf keçirdiyi hava hücumu nəticəsində İslam Dövləti qrupunun komandiri və ultra radikal qrupun onlarla üzvü qətlə yetirilib. Bu haqda məlumatı qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupu verib. Qrup Suriya daxilində mənbələrin verdiyi məlumatları toplayır.

Suriyanın dövlətə məxsus mediası və İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, qətlə yetirilmiş komandir özünü vilayətlərdən birinin qubernatoru elan etmiş İŞİD üzvüdür.

İslam Dövləti qrupunun tərəfdarları Tvitter sosial şəbəkəsində İŞİD komandirinin “şəhid” olduğu haqda bəyanat verərək, Deeb Hedijan Əl-Qtaibinin sağ olduğu zaman və öldürüləndən sonra şəkillərini paylaşıb. Qtaibinin ləqəblərindən biri də Əbi Əmmar Əl-Cəzravidir.

Suriya İnsan Haqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, Həma şəhərindən 50 kilometr cənub-şərqdə yerləşən Hamadi Ömər şəhəri yaxınlığında keçirilmiş hava hücumu nəticəsində İŞİD qrupunun 26 üzvü qətlə yetirilib.

Suriyanın dövlətə məxsus mediası hava hücumu zamanı hərbi maşın karvanın da məhv edildiyini bildirib.

XS
SM
MD
LG