Accessibility links

Suriyada atəşkəsə baxmayaraq təxminən 50 adam həyatını itirib


Hələbdə hücumdan sonra yaralanan qıza yardım edilir

Hələbdə hücumdan sonra yaralanan qıza yardım edilir

Suriyada Müsəlmanların müqəddəs Ramazan ayının sona çatması ilə əlaqədar qeyd edilən bayram münasibətilə elan edilmiş atəşkəsə baxmayaraq döyüşlər nəticəsində təxminən 50 nəfərin öldüyü bildirilir.

Zorakılıqlar ölkənin iki müxtəlif yerində-Türkiyə ilə sərhəddə İdlib vilayətində və şimalda Hələbdə baş verib.

Suriya İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, İdlib vilayətindəki Darkuş kəndində hava hücumları nəticəsində iki uşaq daxil olmaqla 23 nəfər həyatını itirib. Hücumun Suriya, ya da Rusiya təyyarələri tərəfindən keçirilib-keçirimədiyi aydın deyil. Bu ərazi Əl-Qaidə ilə əlaqəsi olan Nusra Cəbhəsi də daxil olmaqla müxtəlif üsyançı qruplardan ibarət koalisiyanın nəzarəti altındadır.

Suriya İnsan Hüquqlarını Müşahidə qrupunun verdiyi məlumata görə, Hələb yaxınlığında bir neçə uşaq daxil olmaqla 25 nəfər həyatını itirib. Üsyançılar onların nəzarətində olan əsas təchizat yolunu ələ keçirmək məqsədilə cümə axşamı bu istiqamətdə irəliləyən hökumət qüvvələrinə müqavimət göstərmək üçün hücum keçirib.

Cümə günü Suriya ordusunun Ramazan ayının bitməsi münasibətilə İd Əl-Fitr bayramının qeyd edilməsi üçün elan etdiyi 72 saatlıq atəşkəsin müddəti bitib. Müşahidəçilər atəşkəsə zəif əməl oluduğunu və cərşənbə axşamı günündən verilmiş fasiləyə baxmayaraq, bütün tərəflərin döyüşləri davam etdirdiyini qeyd edib.

XS
SM
MD
LG