Accessibility links

Azərbaycan Suriyanın İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasını dəstəkləyib


İslam Əməkdaşlıq Təşkilatı

İslam Əməkdaşlıq Təşkilatı

İran qərarın əleyhinə çıxsa da təklifi qəbul edilməyib

Suriyanın İslam Əməkdaşlığı Təşkilatında üzvlüyü dayandırılıb. Bu qərar təşkilatın dünən Məkkədə başa çatan fövqəladə sammitində qəbul edilib.
Görüş iştirakçıları Suriyada qan axıdılmasına görə günahı rəsmi Dəməşqin üzərinə qoyub, amma vəziyyətə güclə müdaxilə ideyasını dəstəkləməyib.
Sammitə Suriya hökuməti və müxalifətinin nümayəndələri dəvət olunmayıb. İran Suriyanın İƏT-dən çıxarılmasının əleyhinə çıxıb. Azərbaycan Suriyanın təşkilatdan çıxarılmasının lehinə səs verib.
İran prezidenti bu qərara mane olmağa cəhd edib və beynəlxalq müsəlman məhkəməsi yaratmağa çağırıb, lakin onun ideyası dəstək tapmayıb.
Suriyanın təşkilatdan çıxarılması haqqında qərar rəmzi xarakter daşıyır və münaqişənin nəticəsinə ciddi təsir göstərməyəcək. Bununla belə, qərar Suriyanın müsəlman dünyasında gələcək təcridini göstərir. Ölkə artıq Ərəb Dövlətləri Liqasından çıxarılıb.
XS
SM
MD
LG