Accessibility links

Bu il Suriya ilə sərhəddə 5 azərbaycanlı saxlanılıb


Türkiyə Suriya sərhədi

Türkiyə Suriya sərhədi

Türkiyənin “Anadolu” xəbər agentliyi ölkənin sərhəd xidmətinə isnadən bu ilin ilk yarısında Suriyaya qanunsuz keçmək istəyən 457 nəfəri saxladığı barədə xəbər yayıb.

Bu 457 nəfər 32 ölkəni təmsil edir və bu sırada Azərbaycanın 5 vətəndaşı da var. Saxlanılanların çoxu Çində yaşayan uyğur türkləridir və onlar 241 nəfərdirlər.

Bununla yanaşı, Rusiyanın 56, Fələstinin 30, Türkmənisatnın 29, Böyük Britaniyanın 13, Fransanın 12, Səudiyyə Ərəbistanının 9, Əfqanıstanın 7 vətəndaşının Suriyaya keçməsinin qarşısı alınıb. Əfqanıstan, Cənubi Koreya, Tacikistandan hər birindən 6 nəfər, Azərbaycanla yanaşı, Almaniya, Belçika və Niderland ölkələrinin hər birindən 5 nəfər sərhədi qnaunsuz keçmək istəyib.

Daha 18 ölkədən gəlmiş 1-3 nəfər arasında olan əcnəbilər saxlanılıb. Suriyaya keçmək istəyənlər sırasında Avstraliya, Braziliya, Trinidad və Tobaqo ölkələrinin vətəndaşları da olub.

XS
SM
MD
LG